Flologiya fakültəsində tələbə və müəllimlərin dərsə davamiyyətinə, tədrisin keyfiyyətinə, tədrisə dair sənədləşmənin aparılmasına nəzarət üzrə monitorinq keçirilmişdir. Monitorinq qrupunun üzvləri dərs cədvəlinə uyğun II-IV kursların dərslərində iştirak etmişlər. Monitorinq prosesində dərslərdə fənn müəllimlərinin həm nəzəri, həm də metodiki cəhətdən hazırlıqları, tələbələrin dərsə davamiyyətini, fənn müəllimlərinə aid sənədlər (jurnal,fənn proqramı, sillabus, mühazirə mətnləri, əyani vasitə) və s.yoxlanılmışdır.