NOVRUZ KONSERTI

14 mart 2017-ci il tarixdə Filologiya və İqtisadiyyat və idarəetmə fakültələrinin müəllim və tələbə heyətinin iştirakı ilə birgə türk dünyasının ən qədim bayramlarından biri olan Novruz Bayramı münasibətiylə böyük bayram konserti keçirilmişdir. Konsertdə hümanitar məsələlər üzrə Prorektor dosent Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov, Azərbaycan dili kafedrasını müdiri Professor Telman Quliyev, İqtisadiyyat fakültəsinin dekanı dosent Şahin Xurşudov, İqtisadiyyat fakültəsinin tədris işləri üzrə dekan müavivi dosent Əli Allahverdiyev çıxış etmişlər.