





27 noyabr 2025-ci il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Nəbiyeva Ayşən Bəxtiyar qızının “Verbal və qeyri-verbal nitqin əsas xüsusiyyətləri” mövzusunda elmi-nəzəri seminarı olmuşdur. Elmi seminarda məruzəçi verbal nitqin növləri, yazılı və şifahi verbal nitqin xüsusiyyətləri, qeyri-verbal kommunikasiyanın vəzifələri, paralinqvistik vasitələrin funksiyaları haqqında məlumat verdi. Həmçinin, tez-tez istifadə olunan məşhur jestlərin mənalarına slayd vasitəsilə aydınlıq gətirdi