” ELMİ MƏQALƏLƏRİN YAZILMASI QAYDALARI” MÖVZUSUNDA TƏLİM KEÇİRİLMİŞDİR

22 may 2025-ci il tarixində Akreditasiya Şurasının yekun hesabatında göstərilən tövsiyə, göstərişlərin icrasının təmin edilməsi məqsədilə Azərbaycan dili kafedrası tərəfindən fakültə TEC-nin üzvləri və universitet tələbələri üçün “Elmi məqalələrin yazılması qaydaları” mövzusunda təlim keçirilmişdir. Təlimdə Filologiya, Pedaqoji və Xarici dillər fakültələrinin tələbələri və professor-müəllim heyəti iştirak etmişdir.Təlimdə Azərbaycan dili kafedrasının dosenti f.e.d. Yadigar Əliyev elmi məqalələrin quruluşu, struktur bölmələri haqqında məlumat vermişdi. Sonra tədqiqatın məqsədi, obyekti, elmi metodları, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı elmi əhəmiyyətiniətraflı şəkildə şərh etmişdir.

Təlimdə elmi məqalənin struktur bölmələri və digər məsələlər ilə əlaqədar tələbələrin sualları cavablandırılmış, müəllimlərin təklif və mülahizələri dinlənilmişdir. Təlimdə Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev, filologiya fakültəsinin dekan əvəzi dos.(at-sız) Mehriban Məmmədova, psixologiyakafedrasının dosenti Telli Cabbarova çıxış edərək tələbələrin elmi-tədqiqat fəaliyyəti üçün bu cür təlimlərin davamlı olmasının zəruriliyini qeyd etdilər.