Filologiya fakültəsində 21 Fevral “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi.

Bu gün Filologiya fakültəsində 21 Fevral-“Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva və Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev çıxış edərək respublikamızda ana dilinə göstərilən diqqət və qayğıdan, bu sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələrdən danışdılar. Azərbaycan dili kafedrasının dosenti f.e.d.Yadigar Əliyev “Azərbaycan dilinin tətbiq sahələri və ədəbi dil normalarının qorunması” mövzusunda çıxış edərək dil normaları, televiziya verilişlərində norma pozulmaları barədə geniş məruzə etdi.
Azərbaycan dili kafedrasının baş müəllimi f.f.d Mətanət Mahmudova “Mədəni nitqə verilən tələblər”, baş müəllim Günay Hüseynova “Ana dilinin keçmişi və bu günü ” mövzusunda çıxış etdilər. Tədbirdə tələbələr ana dilimiz haqqında gözəl şeirlər söylədilər,nitq normalarının pozulmasına aid kompozisiya nümayiş etdirdilər.