Baş müəllim Firduz MəmmədovanınUlu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə dahi liderin xatirəsinə həsr etdiyi dərs

Azərbaycan dili kafedrasının  baş müəllimi Firduz Məmmədova Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən keçdiyi dərsi Ulu Öndərin Heydər Əliyevin  100 illik yubileyi münasibəti ilə dahi liderin  xatirəsinə həsr etdi. Müəllim Azərbaycan dilində işgüzar və akademik kommunikasiyada seminar və təqdimat etmə bacarığı mövzusunda keçirilən dərsdə  tələbələrə Ulu Öndər Heydər Əliyev haqqında şifahi, yazılı və təsviri  formada təqdimat hazırlamağı tapşırdı.Tələbələrdən Şəmilova Aidənin çəkdiyi Heydər Əliyevin portreti bugünkü gəncliyin  Ümummilli Liderə olan hörmət və sevgisinin təzahürü idi. Dərsdə Firduz Məmmədova özünün Ulu Öndərə həsr edərək qələmə aldığı şeiri səsləndirdi.