Ad gününüz mübarək, Gülçöhrə müəllim!

Bu gün Azərbaycan dili kafedrasında  dosent Gülçöhrə Mehrəliyevanın  80 illik yubileyi qeyd edildi. Fakültə dekanı dos. Zakir Ələsgərov, kafedra müdiri prof.Telman Quliyev,prof. Mübariz Yusifov, dos. Gülrux Hüseynova,baş müəllim Südabə Nuriyeva çıxış edərək yubilyar haqqında xoş,səmimi  sözlər dedilər, ona can sağlığı, pedaqoji və elmi fəaliyyətində uğurlar arzuladılar. Gülçöhrə müəllimin tələbələri dosent Gülarə Məlikova, dosent Səba Namazova müəllimi ilə birlikdə çiyin-çiyinə çalışmaqlarından qürur duyduqların bildirdilər.Universitet Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova tədbirdə iştirak edə bilməsə də, təbriki səsləndirildi. Sonda üzərində yubilyara xoş sözlər,arzular ünvanlanmış tort kəsildi.