Filologiya fakültəsinin tələbələri Qazax rayonunda elmi tədqiqat seminarında

Filologiya fakültəsinin tələbələri Filologiya Tələbə Elmi Cəmiyyəti və Filologiya Tələbə Gənclər Təşkilatının birlikdə əməkdaşlığı ilə 29.04.2023- cü il tarixində Qazax rayonunda elmi tədqiqat seminarı keçirilmşlər.Tələbələr Azərbaycan dili və dünya ədəbiyyatı kafedrasının dosenti Yeganə Hüseynovanın və müəllim Vüsal İsgəndərovun rəhbərliyi ilə Səməd Vurğunun poeziya evi, Qori müəllimlər seminariyası və  Damcılı mağarasında olmuşlar. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 1 -ci kurs tələbələri Səma Məmmədzadə “Qori seminariyası”, Aişə İsayeva “Qazaxlı şairlər”, Aynurə Əliyeva ”Damcılı mağarası”məqalələri ilə, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Rzayeva Günay “Səməd Vurğun və Fadeyevin dostluğu “məqaləsi ilə çıxış etmişlər.Tədqiqat zamanı tələbələr Səməd Vurğun,Qori seminariyası, Damcılı mağarası haqqında əlavə məlumatlar əldə etmişlər.