Filologiya fakültəsində Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

 Mir Cəlal Paşayev  həm elmi, həm yaradıcılığı,  həm də yüksək insani keyfiyyətləri ilə nurlu şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanıb.

 26.IV.2023-cü il tarixində – Mir Cəlal Paşayevin doğum günündə Filologiya fakültəsində ədibin həyat və fəaliyyətinə həsr olunmuş tədbir keçirildi. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Nəzmiyə Axundova, Azərbaycan dili kafedrasının dosenti Aytən Əhmədova çıxış edərək Mir Cəlalın həyatı, yaradıcılığı, şəxsiyyəti və əsərlərinin dil xüsusiyyətləri barədə məlumat verdilər. Tədbirdə yazıçının həyat və fəaliyyətini əks etdirən videoçarxlar izlənildi.