Mirzə Şəfi Vazehin həyat və yaradıcılığına həsr olunmuş elmi seminar

Filologiya fakültəsində XIX əsrin birinci yarısında yaşayıb yaratmış, şəxsiyyəti və yaradıcılığı ilə Şərq poeziyası klassiklərinin parlaq nümayəndələrindən biri olan Mirzə Şəfi Vazehin həyat və yaradıcılığına həsr olunmuş elmi seminar keçirildi. Elmi seminarda Filologiya fakültəsinin baş müəllili Aygün Əhmədova, müəllim Vüsal İsgəndərov və tələbələr  çıxış edərək bildirdilər ki, bu böyük şəxsiyyətin yaradıcılığına, şərq və qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinə maraq bu gün də azalmır. Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getmişdir.