Filologiya fakültəsində 8 Noyabr-Qələbə Gününə həsr olunmuş bayram tədbiri keçirildi.

Gəncə Dövlət Universiteti Filologiya fakültəsində 8 Noyabr-Qələbə Gününə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə GDU-nun  humanitar məsələlər üzrə prorektoru dos.Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov qeyd etdilər ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Bayram tədbirində Filologiya fakültəsinin tələbələri gözəl çıxışlar etdilər, şeir söylədilər, mahnılar oxudular, musiqi alətlərində mahnılar ifa etdilər.