Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aytən Muşkiyevanın açıq dərsi

24 noyabr 2016 cı il tarixində Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kursunda Azərbaycan ədəbiyyatı tarixi fənnindən” Leyli və Məcnun poemasının  sənətkarlıq xüsusiyyətləri” mövzusunda açıq dərs  keçirilmişdir. Açıq dərsdə Filologiya fakültəsinin dekanı professor Mübariz Yusifov, Azərbaycan  və dünya ədəbiyyatı kafedrasının müdir əvəzi  dosent Afaq Yusifli, fakülənin açıq dərslərini dinləmək üçün təhkim olunmuş Üzeyir müəllim, həmçinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının digər əməkdaşları iştirak etdilər.