9 May — Qələbə Gününüz mübarək !

9 May- Faşizm üzərində  Qələbə  Günü!  Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur.

Ümummilli Lider Heydər Əliyev Qələbənin 50 illiyi ilə bağlı keçirilən tədbirdə deyirdi: «Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi …».

Xalqımızı Qələbə Günü münasibətilə təbrik edir,  eyni zamanda bizə yeni  qələbə sevincini yaşadan Milli Ordumuzun heyətinə, Ali Baş Komandanımıza, qazilərimizə can sağlığı arzulayır,   şəhidlərimizin ruhu qarşısında baş əyirik !