Fənlərarası inteqrasiya üzərində qurulmuş gözəl bir dərs nümunəsi

Gəncə Dövlət Universiteti Azərbaycan dili kafedrasının baş müəllimi Firduz  Məmmədova Təsviri incəsənət müəllimliyi ixtisasında Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən keçdiyi dərsdə maraqlı bir eksperiment həyata keçirmişdir. Belə ki, müəllim dərs dediyi tələbələrə nitqin növləri ilə bağlı  keçilən mövzuya uyğun olaraq  belə bir tapşırıq vermişdir:  “Kür qırağının əcəb seyrəngahı var” qoşmasında  Molla Pənah Vaqifin qələmlə  tərənnüm etdiyi gözəllikləri rəssam fırçası ilə  təsvir edin. Tələbələr  bu təsviri monoloqu öz rəssam təxəyyülləri ilə vəsf etmişlər  və nəticədə belə gözəl rəsm əsərləri ərsəyə gəlmişdir. Həmin şəkillərdən bir neçəsini – Əkbərova İlahə və  Musayeva Aysunun çəkdiyi şəkilləri  təqdim edirik.