YADDAŞLARDA ƏBƏDİ YAŞAYAN LİDER

08.05.2021-ci il tarixdə GDU-nun Filologiya fakültəsində Ulu Öndər Heydər Əliyevin doğum ildönümü ilə bağlı tədbir keçirildi. Humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, tələbələrdən A.Eybətova, F.İbrahimova, A.Cəfərova,Ş.Qasımova,M.Əsmət çıxış edərək bənzərsiz şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin xalqına etdiyi misilsiz xidmətlərindən danışdılar. Qeyd olundu ki, tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.