MƏN FİKİRLƏR USTADIYAM…… Dahi Nizaminin 880 illiyinə həsr olunmuş tədbir

Gəncə Dövlət Universitetində dahi Nizami Gəncəvinin 880 illik
yubileyi ilə bağlı online tədbir keçirildi. Tədbiri giriş sözü ilə humanitar
məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva açdı. Azərbaycan və
dünya ədəbiyyatı kafedrasının müəllimlərindən əməkdar elm xadimi
prof. Xəlil Yusifli, b/m.Əlimuxtar Muxtarov və müəl. Vüsal İsgəndərov
ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə şeiriyyəti görünməmiş
yüksəkliklərə qaldıran dahi şairimiz Nizami Gəncəvinin həyatı,
yaradıçılığı, fəlsəfi görüşləri haqqında çıxışlar etdilər. Filologiya
fakültəsinin 3-cü və 2-ci kurs tələbələri Aytəkin Məmmədova, Rəqsanə
Orucova dahi şairimizin əsərlərindən parçalar söylədilər.