Bir alim ömrü əbədiyyətə qovuşdu….

Bu gün Gəncə Dövlət Universitetinin fəxri professoru, filologiya üzrə
fəlsəfə doktoru, dilimizin yorulmaz tədqiqatçısı Aydın Məmməd oğlu
Nağdalıyev torpağa tapşırıldı.
Peyğəmbər Əleyhissalam buyururdu: “Elmindən fayda gələn alim min
abiddən irəlidir”. Bəli, Aydın müəllim zəkası ilə xalqına, vətəninə fayda
gətirən elm yolçusu idi. Alim qələmindən çıxan dərsliklər, monoqrafiyalar,
tədris proqramları, 60-dan çox məqalə ilə Azərbaycan dilçilik elminə parlaq
töhfələr vermişdir.
Aydın müəllim insani keyfiyyətləri ilə də müəllim və tələbələrin
sevimlisi idi. O, hər birimizin xatirində həssas, mehriban, yüksək mədəni
keyfiyyətlərə malik olan bir şəxsiyyət kimi qalacaq.
Allah rəhmət eləsin!