ÜRƏYİMİZİN DAİMİ SAKİNLƏRİ…

Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi
anım günüdür. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, canlarını
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən
müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik
sükutla yad edildi.
ŞƏHİDLƏR..Onlar bizim milli qürurumuzu qaytardılar! Uşaqlarımızın
xoşbəxt gələcəyini təmin etdilər! Milyondan çox insanın torpaq həsrətinə son
qoydular! Canları bahasına….Həyatları bahasına….
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu
həlak oldu. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə
şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq
hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə
məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi
qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə
şəfa versin!