9 MAY – QƏLƏBƏ GÜNÜNÜZ MÜBARƏK!

Bu gun 9 MAY – Qələbə Günüdür. Bu qələbədə Azərbaycan xalqının da payı var. 600 mindən çox oğul və qızını cəbhəyə yola salan xalqımızın Böyük Qələbənin əldə olunmasında çox böyük rolu olub. Böyük Vətən Müharibəsində göstərdikləri igidliyə görə Azərbaycanın 120-dən çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıqlar göstəriblər. Faşizmə qarşı mübarizədə azərbaycanlılar döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstəriblər. Şanlı Qələbə üçün qara qızılımız da əvəzsiz olub.
9 May – Qələbə günü münasibəti ilə təbrik edir, hamıya müstəqil,
firavan və xoşbəxt günlər arzu edirik!