f.e.d.,professor Quliyev Telman Ziyatxan oğlu

 prof-telman-ziyatxan-oglu-quliyev-kafedra-mudiri

Qısa bioqrafik məlumat:

1949-cu il noyabr ayının 4-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Molla-Əhmədli kəndində anadan olmuşdur. 1967-ci ildə Bolnisi rayonunun Aşağı-Qoşakilsə orta məktəbini bitirmiş və həmin ildə A.S.Puşkin  adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakultəsinə daxil olmuş, oranı fərqlənmə diplomu ilə bitirmiş və ixtisası üzrə orta məktəbdə müəllim, 1972-ci ildən  A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun  Azərbaycan dili və ədəbiyyatı kafedrasında laborant, baş laborant, sonra isə dosenti işləmişdir.1989-cu ilin mart ayında M.Rəsulzadə adına BDU-da fəaliyyət göstərən İxtisaslaşdırılmış Şurada namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi  alimlik dərəcəsi elmi adını almışdır. 1999-cu ildən dosentdir.1991-ci ildən H.Zərdabi adına GDPİ-nin Qazax filialında humanitar fənlər kafedrasında müəllim, 1992-ci ildən isə həmin  kafedranın müdiri əvəzi, 1993-cü ildən 2003-cü ilin sentyabr ayınadək həmin kafedranın müdiri işləmişdir.14 dekabr 2000-ci ildən 26 sentyabr 2006-ci il tarixə qədər Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır.29 sentyabr 2003-cü il tarixdən 23 oktyabr 2008-ci il tarixədək Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dosentidir. 2007-ci ilin iyun ayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış müdafiə Şurasında doktorluk dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru  alimlik dərəcəsi elmi adını almışdır. 18 yanvar 2008-ci il tarixdən  filologiya elmləri doktorudur. 23 oktyabr 2008-ci il tarixdən 18 oktyabr  2013-cü ilə qədər kafedranın professor əvəzi vəzifəsində çalışmışdır. 18 oktyabr 2013-cü il tarixdən  hal-hazıra qədər kafedranın professoru vəzifəsindədir. Universitetin Azərbaycan dili kafedrasının müdiridir.  Ailəlidir. İki övladı var. İntizamlı, özünə qarşı tələbkardır. Azərbaycançılıq ideologiyasını gənc nəslin vətənpərvərlik tərbiyəsinə tətbiq edir. Universitet və fakültə Elmi Şurasının üzvüdür. 1998-ci ildən YAP-ın üzvüdür.

Elmi fəaliyyəti:

O, 6 (altı) doktorant və dissertanta elmi rəhbərlik etmişdir. Onlardan 4 (dörd) nəfər müdafiə etmiş, 2(iki) nəfəri isə dissertasiya işini tamamlayaraq Müdafiə Şurasına təqdim etmişdir. O, filologiya elminin müxtəlif sahələrinə həsr olunmuş 110 (yüz on) elmi əsərin, o cümlədən, 1 (bir) dərsliyin, 5 (beş) metodik və dərs vəsaitin, 18 (on səkkiz) fənn proqramının, 4 (dörd) monoqrafiyanın, 82 (səksən iki) məqalənin müəllifidir.  “ Azərbaycanca-Gürcücə məktəbli lüğəti”nin (TDU nəşriyyatı,1989) redaktorudur. 6 (altı) il Gəncə Dövlət Universitetinin “Elmi əsərlər məcmuüəsi”nin baş redaktor müavini olmuşdur. O respublika və beynəlxalq səviyyədə keçirilən elmi konfranslarda iştirak edir. Elmi fəaliyyəti respublikamızda və onun hüdudlarından kənarda rəğbətlə qarşılanır. O, işgüzar təşkilatçı,dərin biliyə malik mütəxəssis,məsuldar alim-pedaqoq kimi taninmışdır. Tələbkarlığı, pedaqoji bacarığı və səmimiyyəti ilə müəllim-tələbə kollektivində özünə hörmət və ehtiram qazanmışdır. Kafedrada yerinə yetirilən elmi-tədqiqat və tədris-metodiki işlərə layiqincə rəhbərlik edir.Gürcüstan Respublikasında təhsil sahəsindəki xidmətlərinə görə Gürcüstan Respublikası Prezidentinin 07 dekabr 2001-ci il tarixli 1252 №-li Fərmanı ilə «Şöhrət medalı» ilə təltif olunmuşdur.