Mahmudova Mətanət Nəriman qızı

                                         Filologiya üzrə fəlsəfə doktoru

   Qısa bioqrafik məlumat

03.01.1976-cı il tarixdə Xanlar rayonu (indi Samux rayonu) Sərkar kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Sərkar kənd Nizami adına orta mətəbdə təhsil almışdır. 1993- 1997-ci illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr pilləsi üzrə təhsil almışdır. 1997-ci ildə Sərkar kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. 2003-cü ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili ixtisası üzrə magistratura şöbəsini bitirmişdir. 2004-cü ildən GDU-nun Azərbaycan dilinin tədrisi kafedrasında müəllim vəzifəsində işləmiş, 2010-cu ildən həmin kafedrada baş müəllim vəzifəsinə təyin edilmişdir. 2012-2017-ci illərdə Gəncə Dövlət Universitetinin dissertantura şöbəsində 5706.01 Azərbaycan dili ixtisası üzrə Fəlsəfə doktoru proqramı üzrə təhsilimi davam etdirmişdir. 2019-cu ildən GDU Filologiya fakültəsində humanitar işlər üzrə dekan müavini vəzifəsində çalışır. 2005-ci ildən YAP-ın üzvüdür. Ailəlidir, 3 övladı var.      18  məqalə , 2 proqram müəllifidir.