Fakültənin əməkdaşları Beynəlxalq Elmi konfransda iştirak ediblər

Oktyabrın  23-24-də Bakı Konqres Mərkəzində  “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan MEA-nın birgə təşkilatçılığı ilə reallaşan konfransda 50 ölkədən 150-dək xarici qonaq iştirak etmişdir.

Konfransda qeyd edilmişdir ki, Şirvan şahlarının iqamətgahının, minillik Şirvan tarixinin ən göz oxşayan tikililərinin İçərişəhər ərazisində yerləşməsi bu elmi konfransın keçirilməsi ilə bağlı ideyanın yaranmasının başlıca səbəblərindən olmuşdur.

Tədbir çərçivəsində görkəmli elm adamları Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) minillik tarixi, memarlığı, arxeologiya, etnoqrafiya, ədəbiyyat, epiqrafiya və fəlsəfəsinə dair müxtəlif mövzularda maraqlı məruzələrlə çıxış etmişlər.

Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Səba  Namazova, Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aytən  Əhmədova və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Gülnar  Hüseynova bu mötəbər Elmi Konfransda uğurla çıxış edərək universiteti layiqincə təmsil etmişlər.