Universitetin Filologiya fakültəsinin əməkdaşları “Uluslararası Kars Alimləri Simpozium”unda

Türkiyənin Qars şəhərində  20-21 oktyabr tarixlərində  Beynəlxalq Qars Alimləri Simpozyumu təşkil olunmuşdur. Simpoziuma dünyanın bir çox ölkələrindən, o cümlədən, Azərbaycan, Misir, Tunis, Qatar, Amerika, Avropa və Türkiyənin bir çox məhşur universitetlərindən alimlər qatılmışdır. Konfransın açılış mərasimində universitetin rektoru prof.dr.Sami Özcan, Qars  Bələdiyyə Başqanı Murtaza Karaçanta, Qars Valisi Rahmi Doğan və başqaları çıxış etdilər. Sonra simpozium 11 bölmə iclasında öz işini davam etdirdi. Moderatorluğunu prof.dr.Serhan Alkan İspirlinin etdiyi ədəbiyyat və tarix bölümündə Gəncə Dövlət Universitetinin əməkdaşları dos.Afaq Yusiflif.f.d Aytən Əhmədova da çıxış etmişdilər. Əməkdaşlarımızın təqdim etdikləri “Azərbaycan Cümhuriyyətinin nəğməkarı Əhməd Cavadın  Qars səfərinin poeziyasında əksi” adlı məqalə xüsusi maraqla qarşılanmış və sonda universitet adından təşəkkürnamə ilə təltif edilmişdir.

Simpoziyumun proqramı çərçivəsində Qars şəhərinin tarixi muzeylərinə və Ani  Antiq Kəndinə səyahət təşkil olunmuşdur.