Gülcöhrə Mehrəliyevanin 75 illik yubiyleyi qeyd olunub

2018-ci il mayın 10-da uzun illər pedaqoji və elmi sahədə səmərəli fəaliyyəti, işgüzarlığı, ictimai fəallığı, tələbə və müəllim kollektivində özünün səmimiyyəti, təvazökarlığı, dərin biliyi və peşəkarlığı ilə xüsusi rəğbət qazanmış Azərbaycan dili kafedrasının dosenti Mehrəliyeva Gülcöhrə Əbdüləli qızının 75 yaşı tamam olmuşdur. Yubiley münasibəti ilə dosent Gülcöhrə Mehrəliyeva rektorluq tərəfindən Fəxri fərmanla təltif edilmiş və Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən maddi vəsaitlə mükafatlandırılmışdır.Yubilyarı təbrik etmək üçün fakültədə tədbir keçirilmişdir.Tədbirdə humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva və Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova da iştirak etmişdir.