Mübariz Yusifovun açıq dərsi

1 may 2018 ci ildə Azərbaycan dili kafedrasının professoru Mübariz Yusifovun   4 nömrəli  tam orta məktəbdə “N.Gəncəvinin Şodəm bər surəti-aşiq qəzəli və ona yazılan nəzirələr ” mövzusunda açıq dərsi keçirilmişdir.Mühazirə formasında olan dərs müasir tələblərə uyğun, yeni metodda və yüksək səviyyədə təşkil edilmişdir. Dərsdə müasir texniki vasitələrdən istifadə etməklə mövzuya uyğun slayddan istifadə etməklə maraqlı faktlar əyani şəkildə tələbələrin diqqətinə çatdırlımışdır. Açıq dərsdə  Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev və kafedranın digər əməkdaşları iştirak etmişlər.