Filoloq tələbələr GDU-nu respublika elmi konfransında uğurla təmsil edib

Aprelin 26-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda tələbə və magistrantların respublika elmi-praktik konfransı keçirilib.

Konfransı BSU-nun rektoru, professor Nurlana Əliyeva açaraq Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, tariximizdəki yerinə və roluna qısa nəzər salıb. O, 23 ay mövcud olmuş AXC-nin Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq istiqamətindəki gərgin fəaliyyətindən, cümhuriyyət liderlərinin fədakarlığından, millət qarşısındakı xidmətlərindən danışıb. N.Əliyeva bugünkü Azərbaycan Respublikasının məhz AXC ənənələrini, Cümhuriiyyət qurucularının arzu və istəklərini həyata keçirdiyini bildirib.   Ölkəmizin 19 ali təhsil ocağından 160 nəfər tələbənin qatıldığı konfransda Gəncə Dövlət Universitetini Filologiya fakültəsinin 3 nəfər tələbəsi təmsil edib.  Tələbələrdən İlkin Abbasov, Səadət Məhərrəmova, Günel Bayramova maraqlı elmi məruzələrlə bölmə iclasında aktivlik nümayiş etdiriblər.  Konfransın yekun iclasında bütün iştirakçılara sertifikatlar və materiallar toplusu təqdim olunub.