Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları Beynəlxalq Konfransda

Gəncə Dövlət  Universitetinin Azərbaycan və  dünya ədəbiyyatı kafedrasının əməkdaşları 1 aprel 2018-ci il tarixdə  II Beynəlxalq Bakı Konfrasında uğurla iştirak etmişlər. Kafedra müdiri əvəzi dos.Afaq Yusifli, f.f.dok. Səba Namazova, baş müəllimlər Yeganə Hüseynova, Aygün Əhmədova və Aytən Muşkiyeva konfransda məruzə ilə çıxış etmiş , müzakirələrdə iştirak etmişlər. Məruzəçilər setifikatla təltif olunmuş və məqalələrinin tam mətni konfransın məqalələr kitabında nəşr edilmişdir.