Azərbaycanda təhsil siyasətinin prioritetləri: müasir yanaşmalar” mövzusunda elmi konfrans

         

15-16 dekabrda Mingəçevir Dövlət Universitetində “Azərbaycanda təhsil siyasətinin prioritetləri: müasir yanaşmalar” mövzusunda elmi konfrans keçirib. Konfransda qeyd olundu ki, Heydər Əliyev yolunun layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırılmışdır. Çıxış edənlər qeyd ediblər ki,  yaxın perspektivdə Azərbaycanda təhsilin inkişafını hədəfə alan Dövlət Strategiyasında əks olunduğu kimi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində özünün yüksək inkişaf dövrünü yaşayır.

Sonra plenar iclasda məruzələr dinlənildi. Natiqlər qeyd ediblər ki, müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompüter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallıq nəzərə alınaraq dövlətin uğurlu elm və təhsil siyasəti, bu sahədə özünü göstərən bir sıra problemlərin həlli mühüm əhəmiyyət kəsb edir.

Konfrans işini bölmə iclaslarında davam etdirmişdir. Gəncə Dövlət Universitetinin alim və tədqiqatçılarının,o cümlədən, Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev, baş müəllim  Aytən Əhmədova, müəllim Aynur Orucovanın məruzələri dinlənilmiş və yüksək qiymətləndirilmişdir.