Ümummilli  lider Heydər  Əliyevin anım gününə həsr olunmuş Bilik yarışı

  • ?
08.12.2017-ci il tarixində  Filologiya fakültəsində Ümummilli lider Heydər  Əliyevin anım gününə həsr olunmuş Bilik yarışı keçirildi. Bilik yarışı ilk olaraq ulu öndərimiz Heydər Əliyevin anım günü ilə bağlı video çarxın nümayişi ilə başladı. Yarışda fakültənin “Zəka”,”Ziya”, “Zirvə”, “Dərya” komandaları iştirak edirdi. Yarışın münsiflər heyəti prof. Mübariz Yusifov, prof.Telman Quliyev, dos. Afaq Yusifli, baş müəllim Nadir Kubişev idi. Bilik yarışının təşkilatçılarından biri və aparıcısı  Azərbaycan dili kafedrasının baş müəllimi Aytən Əhmədova iştirakçılara 3 istiqamətdə – Azərbaycan dili, ədəbiyyat və dünyagörüşü ilə bağlı suallarla müraciət etdi. Suallara düzgün cavab verən komanda qalib elan olundu və yarışın sonunda qalib  komandanı Filologiya fakültəsinin dekanı prof. Mübariz Yusifov Təşəkkürnamə təqdim etdi.