Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq

05.12.2017-ci ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq” mövzusuna  həsr olunmuş  konfrans  keçirildi.  Konfansda  Azərbaycan dili  və Azərbaycan və dünya ədəbiyyatı  kafedralarının professor -müəllim heyəti  və fakültənin tələbələri iştirak etdilər. Konfransı giriş sözü ilə açan  Filologiya  fakültəsinin dekanı, prof. Mübariz Yusifov qeyd etdi ki, bu konfransı təşkil etmək günümüzün tələbidir. Müasir dövrdə islam həmrəyliyinə ehtiyac vardır. İslam dini vəhdət, birlik, sevgi və sülh dinidir. Respublikamız  İslam dünyasının həmrəyliyinə,vəhdətinə  həmişə önəm vermişdir.

Azərbaycan dili kafedrasının  baş müəllimi  Aytən Əhmədova “Azərbaycanda İslam həmrəyliyi və tolerantlıq” mövzusunda çıxış edərək qeyd etdi ki,dünyanın müxtəlif xalqları tolerantlıqla bağlı  Azərbaycan modelini öyrənirlər.Bir çox etnik azlıqların (kürdlər,talışlar,tatlar,dağ yəhudiləri, ləzgilər, avarlar, xınalıqlar, axıska türkləri) Azərbaycanda sülh əmin-amanlıq şəraitində yaşamasından və bunun Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dövlət siyasəti olduğunu qeyd etdi.

         Sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Qazıyev, baş müəllim Könül Məmmədova,dekan müavini, baş müəllim Nadir  Kubişev mövzuya uyğun müxtəlif mövzularda çıxış etdilər.