Azərbaycan əlyazmaları dünya kitabxanalarında

29 noyabr 2017-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 10 yanvar 2017-ci il tarixli Sərəncamına uyğun olaraq İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair əlyazma abidələrinin tədqiqinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında ”mövzusunda II Beynəlxalq elmi konfrans keçirilmişdir.

Beynəlxalq konfransda Əməkdar elm xadimi, professor Xəlil Yusifli  “Nizami Gəncəvi əsərlərinin əlyazmaları və elmi-tənqidi nəşrləri” mövzusunda, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova isə “Məhsəti Gəncəvinin ədəbi irsinin mötəbər qaynaqları” adlı məruzələrlə çıxış etmişlər.