“Molla Pənah Vaqif irsi filoloji kondeksdə”

24 may 2017-ci il tarixində Filologiya fakültəsində “Molla Pənah Vaqif irsi filoloji kondeksdə” mövzusuna həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə başlayan fakültə dekanı professor Mübariz Yusifov “Vaqif yaradıcılığının istiqamətləri” mövzusu haqqında danışmışdır. Daha sonra Nizamişünas alim, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının Professoru Xəlil Yusifli “Vaqif irsinin tədqiqi tarixi və vaqif obrazının bədii ədəbiyyatda əksi” mövzüsunda çıxış etmişdir. ” Vaqif peziyyasından seçmələr. Ədəbi bədii kompozisiya” mövzusu ilə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Afaq Yusifli tədbiri davam etdirmişdir. Tədbirdə universitetin hümanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva iştirak etmiş və tədbir ilə bağlı öz təsuratlarını bildirmişdir. Tədbir zamanı fakültənin tələbələri səhnəcik və çıxışlarla öz bacarıqlarını nümayiş etdirdilər. Tədbirdə fakültənin professor-müəllim heyyəti və tələbələr iştrak etdilər.