Aylıq Arxiv: Fevral 2023

26 fevral-Xalqımızın qan yaddaşı

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.Otuz ildir […]

Davamı

Başın sağ olsun, Türkiyəm

Fakültəmizin müəllim-işçi heyəti şəhər ictimaiyyəti ilə birgə Türkiyənin Gəncədəki Baş konsulluğunun qarşısında zəlzələ qurbanlarının xatirəsinə yaradılan guşəyə gül dəstələri düzüblər. Fakültəmizin əməkdaşları baş konsul Recep Öztopa dərin hüznlə başsağlığı verib, qardaş ölkənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyiblər.

Davamı