Başın sağ olsun, Türkiyəm

Fakültəmizin müəllim-işçi heyəti şəhər ictimaiyyəti ilə birgə Türkiyənin Gəncədəki Baş konsulluğunun qarşısında zəlzələ qurbanlarının xatirəsinə yaradılan guşəyə gül dəstələri düzüblər.

Fakültəmizin əməkdaşları baş konsul Recep Öztopa dərin hüznlə başsağlığı verib, qardaş ölkənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyiblər.