Gündəlik Arxiv: 23 Dekabr 2022

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirik!

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, 44 günlük Qarabağ Vətən müharibəsindəki  qələbəmizin memarı İlham Əliyevin doğum günüdür. Bu əlamətdar gündə qeyd etmək lazimdir  ki, Ali Baş Komandanımız İlham Əliyev dövlət müstəqilliyinin bərpasından ötən  illər ərzində təməli Ulu Öndər, görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan quruculuq yolunu uğurla davam etdirmişdir. […]

Davamı

Filologiya fakültəsində Əhməd Cavadın həyat və fəaliyyətinə həsr olunmuş esse müsabiqəsi keçirildi

Filologiya fakültəsində  Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarından olan Əhməd Cavada həsr olunmuş esse müsabiqəsi keçirildi. Filologiya fakültəsinin tələbələri  Əhməd Cavadla   bağlı düşüncələrini şərh edən yazılar qələmə aldılar. Müsabiqənin sonunda yazılar mütəxəssislər tərəfindən yoxlanıldı. Birinci yerin sahibi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası IV kurs tələbəsi […]

Davamı