



4 dekabr 2025-ci il tarixində Azərbaycan dili kafedrasının müəllimi professor əvəzi Yadigar Vəli oğlu Əliyevin “Azərbaycan və türk dillərində frazeoloji birləşmələr” mövzusunda elmi-nəzəri seminarı olmuşdur. Elmi seminarda kafdaranın professor-müəllim heyəti iştirak edirdi. Seminarda Türkiyə türkcəsində və Azərbaycsn dilində işlənən frazeoloji birləşmələrin oxşar və fərqli semantik-struktur xüsusiyyətləri, əmələgəlmə yolları müqayisəli şəkildə təhlil olunmuş, müxtəlif mənalı eyni sabit söz birləşmələrinin izahı verilmişdir.
Sonda mövzu ilə bağlı verilən suallar cavablandırıldı.