25 noyabr 2025-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarının IV kurs tələbələrinin Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayevlə görüşü oldu.
dosent Cabbar Qarayev hər iki ixtisasın tələbələrinin fevralın 16-da başlayacaq pedaqoji və istehsalat təcrübələri haqqında məlumat verdi, təcrübə keçiriləcək məktəb və rəhbər müəllimləri elan etdi.
Görüşün sonunda Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, Azərbaycan dili və dünya ədəbiyyatı kafedrasının müdiri dosent Səba Namazova tələbələri maraqlandıran suallara cavab verdilər.