KALVALI ƏLİ DƏDƏNİN ANADAN OLMASININ 150 İLLİYİNƏ HƏSR OLUNMUŞ I BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLDİ

20-21 noyabr 2025-ci il tarixlərində AMEA Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Müzik ve Güzel Sanatlar Universiteti, Erzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunmuş
I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Sempoziumunda Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Azad qızı Namazova “İrəvanın tarixi-mədəni mühitində musiqi məclislərinin roluna dair” mövzusunda məruzə etmişdir.