“XOSROV VƏ ŞİRİN” İN MÖVZU VƏ TƏHLİLİ ” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

18 noyabr 2025-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Mədət qızı Əhmədovanın  Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının II kursunda “Ölkə ədəbiyyatı tarixi-1” fənnindən “Xosrov və Şirin”in mövzu və təhlili” (mühazirə) mövzusunda keçdiyi açıq dərsi dinlənilmişdir.

Dərs müəllim tərəfindən təlimata uyğun formada təşkil olunmuş, fənnə dair tədris sənədləri (fənn sillabusu, fənn proqramı, əyani vəsaitlər və s.) qaydalara uyğun şəkildə tərtib edilmişdi. Dərsdə mövzuya hazırlıq, tədris materiallarına və vəsaitlərinə yanaşma dürüst və hərtərəfli şəkildə idi. Aygün Əhmədova dahi Nizaminin ölməz məhəbbət dastanı sayılan “Xosrov və Şirin”in mövzu və sənətkarlıq xüsusiyyətlərini tələbələrə əhatəli şəkildə mənimsətməyə  nail oldu.