AZƏRBAYCAN VƏ DÜNYA ƏDƏBİYYATI KAFEDRASINDA İCLAS KEÇİRİLDİ

Azərbaycan və dünya ədəbiyyatı kafedrasınıniclasında GDU EŞ-nın   25.12.2024-cü il tarixli (pr. № 05) qərarı və rektorluğun 25.12.2024-cü il tarixli 5/534 saylı əmri ilə təsdiq edilmiş “Təhsil proqramlarının dövri qiymətləndirilməsinə dair təlimat” adlı sənədin müzakirəsi aparılmışdır. Müzakirədə çıxış edən kafedra müdiri, dosent Səba Namazova bildirdi ki, təlimat 26 səhifədən və 8 bölmədən ibarətdir. Təhsil proqramlarının dövri qiymətləndirilməsi, tədris prosesinin keyfiyyətinin və aktuallığının təmin edilməsi üçün həyata keçirilən mühüm mexanizmdir. Bu proses təhsil müəssisəsinin fəaliyyətində şəffaflıq, hesabatlılıq və davamlı inkişaf mədəniyyətinin formalaşmasına xidmət edir. Təlimatda qiymətləndirmə nəticəsində proqramın real tələblərə, normativ sənədlərə və əmək bazarının çağırışlarına uyğunluğu müəyyən olunur.

İclasda dosent Naziymə Axundova, dosent Qivami Qazıyev,  baş müəllim Həmid Abbasov, baş müəllim Kafiyə Musayeva və başqaları çıxışları zamanı təlimatın bölmələri haqqında ətraflı bəhs etdilər.Onlar Proqram qiymətləndirmənin təhsil müəssisəsinin struktur fəaliyyətindəki önəmi xüsusi vurğuladılar. Təlimatın müzakirəsində Təhsil proqramlarının sistematik yoxlanması üçün monitorinq qrupunun üzvü, dosent (attestatsız) Lalə Abdullayeva da iştirak edirdi.