AZƏRBAYCAN DİLİ KAFEDRASINDA İCLAS KEÇİRİLDİ

Azərbaycan dili kafedrasının iclasında GDU EŞ-nın 25.12.2024-cü il tarixli (pr.№05) qərarı və rektorluğun 25.12.2024-cü il tarixli 5/534 saylı əmri ilə təsdiq edilmiş“Təhsil proqramlarının dövri qiymətləndirilməsinə dair təlimat” adlı təlimat müzakirə olunmuşdur. Müzakirədə çıxış edən kafedra müdiri professor Telman Quliyev bildirdi ki, təlimat 26 səhifədən və 8 bölmədən ibarətdir. Təhsil proqramlarının dövri qiymətləndirilməsi, tədris prosesinin keyfiyyətinin və aktuallığının təmin edilməsi üçün həyata keçirilən mühüm mexanizmdir. Bu proses təhsil müəssisəsinin fəaliyyətində şəffaflıq, hesabatlılıq və davamlı inkişaf mədəniyyətinin formalaşmasına xidmət edir. Təlimatda qiymətləndirmə nəticəsində proqramın real tələblərə, normativ sənədlərə və əmək bazarının çağırışlarına uyğunluğu müəyyən olunur.

İclasda professor Mübariz Yusifov, filologiya elmləri doktoru, dosent Yadigar Əliyev, dosent Tahirə Quliyeva, baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Mətanət Mahmudova və başqaları çıxış edərək təlimatın bölmələri haqqında ətraflı məlumat verdilər. Onlar Proqram qiymətləndirmənin canlı və çevik effektivliyini artıraraq təhsil müəssisəsinin struktur fəaliyyətini təmin etməklə daha yüksək etimada malik olmasını qeyd etdilər. Təlimatın müzakirəsində Təhsil proqramlarının sistematik yoxlanması üçün monitorinq qrupunun üzvü dosent Lalə Abdullayeva da iştirak edirdi.