


24 aprel 2025-ci il tarixdə Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsi Azərbaycan dili və ədəbiyyatı istisasının IV kurs tələbəsi Leyla Əliyeva pedaqoji təcrübədə olduğu Gəncə şəhəri M.Füzuli adına 22 nömrəli tam orta məktəbin 7 b sinfində Azərbaycan dili fənnindən sınaq dərsi keçdi. Sınaq dərsdə universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, metodist- müəllim Mətanət Mahmudova və təcrübəçi tələbələr istirak edirdilər. Sınaq dərsinin mövzusu “Köməkçi nitq hissələrinin omonimliyi” idi. Təcrübəçi tələbə L.Əliyeva mövzunun mənimsənilməsi üçün müxtəlif üsul və vasitələrdən istifadə etdi. Dərs prosesində istifadə olunan slaydlar dərsin səmərəli keçməsinə, mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaratdı.
Sınaq dərsin sonunda Ş.Xurşudov çıxış edərək təcrübəçi-tələbənin keçdiyi sınaq dərsi yüksək qiymətləndirdi və ona gələcək pedaqoji fəaliyyətində uğurlar arzuladı.