“ AŞIQ SƏNƏTİNDƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ SİMPOZİUM KEÇİRİLDİ

17 mart 2025-ci il tarixində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 100 illik yubileyi ilə əlaqədar “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda Beynəlxalq Elmi Simpozium keçirilib. Tədbir AMEA Folklor İnstitutu, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti Aşıq Ənənəsi Tətbiq və Araşdırma Mərkəzi, Tovuz rayon Xeyriyyə Cəmiyyəti və Dünya Qarapapaq Türkləri Vəqfinin birgə təşkilatçılığı ilə reallaşdı.

Açılış toplantısı və bölmə iclaslarından sonra simpoziumun bağlanış mərasimi keçirildi. Sİmpoziumda respublikamızla yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Almaniya və s. ölkələrdən olan alim və mütəxəssislər iştirak edirdilər. Beynəlxalq Sumpoziumda ümumilikdə 50-dən çox məruzə dinlənildi. Hibrid formatda təşkil olunan simpoziumun 8 bölmə iclasında maraqlı məruzələr təqdim edilərək faydalı və fəal müzakirələrin aparıldı.

Daha sonra simpoziumun təşkilində xidməti olanlar təşəkkürnamə ilə təltif ediliblər.
Tədbirin yekununda aşıqların ifasında Aşıq Mikayıl Azaflı yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olundu.