“ƏDƏBİYYATŞÜNASLIĞIN ÜMUMİ ANLAYIŞLARI: BƏDİİLİK VƏ OBRAZLILIQ ANLAYIŞI. ƏDƏBİYYAT NƏZƏRİYYSƏNİN ÜMUMİ ANLAYIŞLARI: MƏZMUN VƏ FORMA, MÖVZU VƏ İDEYA, TİPİKLİK ANLAYIŞI, XARAKTERLƏR SİSTEMİ.

11 aprel 2025-ci il tarixdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Pərvanə Quliyevanın Filologiya ixtisasının I kursunda Ədəbiyyatşünaslıq fənnindən Ədəbiyyatşünaslığın ümumi anlayışları: bədiilik və obrazlılıq anlayışı. Ədəbiyyat nəzəriyyəsinin ümumi anlayışları: məzmun və forma, mövzu və ideya, tipiklik anlayışı, xarakterlər sistemi mövzusunda açıq dərsi keçirildi. Dərsdə müasir təlim metodlarından yetərincə istifadə olunmaqla ədəbiyyatşünaslığın və ədəbiyyat nəzəriyyəsinin ümumi anlayışlarına məharətlə aydınlıq gətiriıdi. Məzmun, forma, mövzu, ideya, tipiklik və xarakter anlayışları tələbələr tərəfindən uğurla şərh olundu.