KEYFİYYƏT TƏMİNATI VƏ QİYMƏTLƏNDİRMƏ KOMMİSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

19.03.2025-ci il tarixdə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun növbəti iclası keçirildi. İclasda Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Auditoriya və auditoriyadankənar yükün hesablanması üçün işçi qrupun hazırladığı iş planı müzakirə olunaraq təsdiq edildi.