“AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ FONETİK HADİSƏ VƏ QANUNLAR.NİTQİN FONU-SEMANTİK ƏLAMƏTLƏRİ. VURĞU” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ.

13 mart 2025-ci il tarixində Azərbaycan dili kafedrasının müəllimi Səlmanova Səbinə Ceyhun qızının Xarici dillər fakültəsi Xarici dil müəllimliyi (rus) ixtisası III kursunda “Müasir Azərbaycan dili “ fənnindən “Azərbaycan ədəbi dilində fonetik hadisə və qanunlar . Nitqin fono-semantik əlamətləri. Vurğu” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə dilimizin fonetikasında baş verən hadisələrdən və dəyişiklik edilmiş qanunlardan, vurğu və vurğunun növlərindən, şəkilçilərə görə vurğuların yerini dəyişməsindən, sözlərdə səs artımı və səs düşümündən danışıldı.