YEL ÇƏRŞƏNBƏSİ- NOVRUZ BAYRAMININ ÜÇÜNCÜ ÇƏRŞƏNBƏSİ

Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır,oyanmış suyu,odu hərəkətə gətirir,hər şeyə yeni nəfəs verir.Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər.Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir.Yel çərşənbəsi el arasında “Ölü çərşənbə” kimi də tanınır, dünyasını dəyişənlərin məzarları ziyarət olunur.O biri çərşənbələrdə olduğu kimi, Yel çərşənbəsində də qazanlar qaynayır,hamı ailə olaraq süfrə arxasında oturur.Bütün həyətlərdə tonqallar qalanır.

Qoy bu Yel çərşənbəsi dərdlərimizi yel kimi aparsın,həyatımız bahar küləyi kimi təravətli olsun.
Yel çərşənbəniz mübarək !