Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli orta məktəbin müəllim-şagird heyəti Gəncə Dövlət Universitetinin V korpusuna ekskursiya ediblər. Şagirdlər universitet tarixini əks etdirən kabinetdə, şəhid xatirəsini yaşadan audotoriyalarda, Mir Cəlal Paşayev, Yunus Əmrə kabinetlərində, Nuri Paşa adına kitabxanada oldular. Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyevin, dosent Yadigar Əliyevin elmi və tövsiyə xarakterli çıxışlarını dinlədilər. Sonda Ulu Öndərin büstü qarşısında xatirə şəkli çəkdirdilər.