Azərbaycan dili kafedrasının müəllimi Mahmudova Fidan Fuad qızının açıq dərsi

14.11.2024-cü il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Mahmudova Fidan Fuad qızı Filologiya (Azərbaycan dili və ədəbiyyatı)ixtisasının II kurs tələbələrinə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən “Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu: töhmət, məqalə, reklam və s.” mövzusunda açıq dərs keçdi.Dərsdə müəllim rəsmi və işgüzar sənədlərin xüsusiyyətləri, onların oxşar və fərqli cəhətləri haqqında sual-cavab etdi. Qruplarla iş prosesində “Auksion”,”Qartopu”iş üsulundan istifadə etdi.Rəsmi və işgüzar sənədlər əks olunan slaydlar mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaratdı.