Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində «Bəşəriyyəti uçuruma aparan bəla” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Narkomaniyanın fəsadlarına həsr olunan videoçarx nümayiş etdirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq bəşəriyyəti böyük təhlükə qarşısında qoyan narkomaniyanın zərərlərindən, pis vərdişlərin insan orqanizminə, sağlamlığına, eləcə də mənəviyyatına ağır zərbə vurmasından danışıb və narkomaniya əleyhinə dövlət tərəfindən həyata keçirilən tədbirlər, həmçinin narkotiklə mübarizə ilə bağlı qəbul olunmuş 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramı haqqında ətraflı məlumat verib. Prorektor tələbələri sağlam həyat tərzi keçirməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırıb.
Tədbirdə Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov “Narkomaniya-dövrün faciəsi”, Filologiya fakültəsinin tələbələri – Naiq İsmayılov “Narkotik vasitələr və onun zərərləri”, Aysun Səfərova “Qadınlar narkomaniyanın tələsinə niyə düşür”, Jalə Cəfərova “Narkomaniyaya qarşı mübarizə” mövzularında çıxış ediblər.
Çıxışlarda tələbələr narkomaniya əleyhinə maarifləndiriliblər.